ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau yaxınlığında faciəvi şəkildə qəzaya uğraması və insanların həlak olması ilə bağlı xəbər bizi dərindən sarsıtdı.
ICESCO adından və şəxsən öz adımdan Zati-alinizə, həlak olanların ailələrinə və o çətin anı yaşamış bütün insanlara dərin hüznlə başsağlığı verirəm. Kədərinizə şərikik və bu faciəvi hadisənin ağrı-acılarını Sizinlə birgə bölüşürük.
Dünyasını dəyişənlərin ruhu şad olsun. Yaralananların tezliklə sağalması üçün dua edirik. Allah həlak olanların ailələrinə və yaxınlarına səbir versin. Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Bizim.Media