İlham Əliyev Rusiyaya səfərini təxirə saldı

İlham Əliyev Rusiyaya səfərini təxirə saldı

Hazırda oxunan: İlham Əliyev Rusiyaya səfərini təxirə saldı

226909

Prezident İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması səbəbilə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək MDB dövlət başçılarının iclasında iştirakını təxirə salıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "RİA Novosti" agentliyi yayıb.

Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO