“İşğaldan azad edilmiş ərazilərdə ilk investisiya layihəsi Tatarıstan tərəfindən həyata keçirilib. Bu, Cəbrayıl rayonunda Tatarıstan rəhbəri ilə birlikdə açılışını etdiyimiz "KamAZ" servis mərkəzidir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Rossiya-1" televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bildirib.
“Yəni xarici investisiya ilə bağlı ilk layihə məhz Rusiya tərəfindən həyata keçirilib. Beləliklə, biz həm investisiyaları gözləyirik, həm də podratçılara məmnuniyyətlə dəstək göstərməyə hazırıq,” – deyə Prezident qeyd edib.
Bizim.Media