Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli təkliflərinə müsbət cavab verməlidir"

Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli təkliflərinə müsbət cavab verməlidir"

Hazırda oxunan: Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli təkliflərinə müsbət cavab verməlidir"

223732

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində müzakirələr davam edir və müsbət nəticələr əldə ediləcəyinə inanırıq. Ermənistan Azərbaycanın xoş niyyətli təkliflərinə müsbət cavab verməlidir".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Beynəlxalq Demokratlar Birliyinin (UİD) Bakıda yerləşən Türk Ticarət Mərkəzində keçirilən iclasında çıxışı zamanı deyib.

"Azərbaycanda sabah baş tutacaq Qərbi Azərbaycan İcmasının tədbirinə qatılmaq üçün gəlmişəm. Bu gün Prezident İlham Əliyev tərəfindən qəbul edilməkdən qürur duydum. Milli Məclis üzvləri ilə də görüşməkdən çox şad oldum. Bütün bunlar göstərir ki, biz xoş gündə də, dar gündə də birlikdəyik", - Çavuşoğlu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO