Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT - Hərbçimiz yaralandı

Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT - Hərbçimiz yaralandı

Hazırda oxunan: Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT - Hərbçimiz yaralandı

223550

İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.

 

"Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür", - məlumatda qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO