Mixaylov: “ABŞ Ermənistan vasitəsilə Gürcüstandakı etirazçılara pul ötürür” – EKSKLÜZİV

Mixaylov: “ABŞ Ermənistan vasitəsilə Gürcüstandakı etirazçılara pul ötürür” – EKSKLÜZİV

Hazırda oxunan: Mixaylov: “ABŞ Ermənistan vasitəsilə Gürcüstandakı etirazçılara pul ötürür” – EKSKLÜZİV

223364

“Qərb Ukraynanı Moskva əleyhinə proksi qüvvə kimi istifadə edir. Bu zaman Qərb Cənubi Qafqazda qarşıdurmanı alovlandırmağa çalışır. Hazırda Ermənistan həqiqətən bir neçə stulda eyni vaxtda oturmağa çalışır: İrəvan Rusiyanın üzünə gülür, eyni zamanda Qərblə yaxınlaşır.

Bununla yanaşı, KTMT-də müəyyən statusunu qoruyub saxlayır, təşkilatı dəstəkləməyə hazır olduğunu bildirir, lakin qurumdan çıxmır. Çünki bu, Ermənistan üçün əlverişli deyil. Eyni zamanda Ermənistan Donald Trampın hakimiyyətə gəlməsindən sonrakı vəziyyəti gözləyir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında rusiyalı politoloq, Cənubi Qafqaz Ölkələrinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan XİN: "Xarici dövlətlər ölkənin diplomatlarına təzyiq göstərir"


Qərbin Cənubi Qafqaz planlarını şərh edən politoloq, onların Gürcüstandan növbəti Ukrayna yaratmaq istədiklərini deyib:

“Baş verənlər fonunda gürcülər öz milli maraqlarını qorumaq baxımından düzgün bir siyasət seçiblər. Onlar Qərbin maraqlarına qarşı hərəkət edirlər. Lakin Qərb hazırda Ermənistan və Gürcüstanı qeyri-sabitliyə çəkməyə çalışır.

Məlumatlara görə, Gürcüstandakı müxalifət nümayişlərinə vəsaitlər ABŞ fondlarından Ermənistan vasitəsilə ötürülür. Ancaq bu, alınmır. Gürcülər bu baxımdan ağıllı davranırlar. Gürcüstan və Ermənistanda qeyri-sabit vəziyyət yaransa, Cənubi Qafqazda qarşıdurma ehtimalı yaranar ki, bu da Rusiya üçün sərfəli deyil”, - deyə Y.Mixaylov bildirib.

“Azərbaycan milli maraqlarına uyğun siyasət aparır”

Azərbaycanın Cənubi Qafqazda balanslı siyasətinə diqqət çəkən Mixaylov, bunun dünya üçün nümunəvi siyasət olduğunu deyib:

“Bu vəziyyətdə Azərbaycanın sabit və düzgün siyasət apardığını qeyd etmək lazımdır. Azərbaycan neytrallıq mövqeyi tutaraq milli maraqlarına uyğun siyasət aparır. Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında münasibətlər yaxşıdır. Bu kontekstdə müəyyən iqtisadi və təhlükəsizlik məsələlərində razılaşmalar əldə edilir. Beləliklə, Azərbaycanla Rusiya arasında normal münasibətlər qurulur”, - deyə politoloq əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO