Rusiyadan Ukraynanın müqavimətini qıracaq HƏMLƏ – Kiyev qışdan üzüağ çıxa BİLƏCƏKMİ?

Rusiyadan Ukraynanın müqavimətini qıracaq HƏMLƏ – Kiyev qışdan üzüağ çıxa BİLƏCƏKMİ?

Hazırda oxunan: Rusiyadan Ukraynanın müqavimətini qıracaq HƏMLƏ – Kiyev qışdan üzüağ çıxa BİLƏCƏKMİ?

222963

Ukrayna ətrafında gərginlik atmosferi günü-gündən artmaqda davam edir. Noyabrın 28-də Rusiya Prezidenti Vladimir Putin daha bir anons verərək bildirib ki, Ukraynadakı qərar qəbuletmə mərkəzləri “Oreşnik” raket sisteminin hədəfinə çevrilə bilər.

“Hazırda Müdafiə Nazirliyi və Rusiya ordusunun Baş Qərargahı Ukrayna ərazisində məhv etmək üçün hədəflər seçir. Bunlar Kiyevdəki hərbi obyektlər, müdafiə sənayesi müəssisələri və ya qərar qəbuletmə mərkəzləri ola bilər. Ancaq son nəticədə biz seçilmiş hədəflərin xarakterindən və Rusiyaya yaradılan təhlükələrdən asılı olaraq məhvetmə vasitələrini seçəcəyik”, - Putin bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Peskovdan XƏBƏRDARLIQ: “Rusiyaya endirilən hər zərbəyə müvafiq cavab VERİLƏCƏK”


Eyni zamanda, Rusiya tərəfindən Ukraynanın enerji infrastrukturuna hücumlar da intensivləşib. Rusiyanın pilotsuz təyyarələri və raketləri dünən Ukraynanın enerji infrastrukturunu vuraraq, ölkə daxilində 1 milyondan çox insanın elektrik enerjisini kəsib. Lvov vilayətində 523 min abonent işıqsız qalıb. Volın bölgəsində 215 min, qonşu Rivne bölgəsində isə 280 min istehlakçının elektrik enerjisi kəsilib.

Özəl elektrik şirkəti DTEK məlumat verib ki, elektrik kəsilməsi Kiyev, Odessa, Dnipropetrovsk və Donetsk vilayətlərinə təsir edib. Bəzi bölgə rəsmiləri hava hücumlarının su xidmətinə də təsir etdiyini bildirib.

Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak qeyd edib ki, Rusiya Ukrayna infrastrukturuna zərbələr endirmək və soyuq mövsümdə mülki əhaliyə qarşı müharibə aparmaq üçün raketlər yığıb.

Belə vəziyyətdə görəsən Ukrayna bu qışdan üzüağ çıxa biləcəkmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirir ki, Rusiya Ukraynada hansı əraziləri tutubsa, oranı da əlində saxlayacaq:

“Hazırda Ukraynanın vəziyyəti sözün əsl mənasında olduqca çətindir. Onun müdafiə qabiliyyətində də böyük bir çətinliklər yaşanır. Kiyevin bu qışdan çıxa biləcəyi də əslində bir qədər müəmmalı görünür. Proseslərin gedişatı  göstərir ki, tərəflərin potensialı, resursları, imkanları bərabər deyil. ABŞ-da Donald Trampın səlahiyyətlərə başlamasına iki aydan da az vaxt qalıb. Bu dövrdə Rusiya maksimumu əldə edəcək. Rusiya Ukraynada hansı əraziləri götürübsə, orda da qalacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO