Əl-Əqsa Ağdam məscidindən daha müqəddəsdir? - İran jurnalistlərinin Qarabağa gəlməmə SƏBƏBİ 

Əl-Əqsa Ağdam məscidindən daha müqəddəsdir? - İran jurnalistlərinin Qarabağa gəlməmə SƏBƏBİ 

Hazırda oxunan: Əl-Əqsa Ağdam məscidindən daha müqəddəsdir? - İran jurnalistlərinin Qarabağa gəlməmə SƏBƏBİ 

22289

“Bakıda diplomatik missiyaları olan əksər ölkələrin diplomatları, həmçinin bütün nüfuzlu media qurumlarının jurnalistləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər ediblər, təkcə İrandan başqa”.

Bizim.Media xəbər verir ki, bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli feysbuk hesabında qeyd edib.

Politoloqun sözlərinə görə, İran diplomatları və jurnalsitlərinin yer üzərindən silinmiş, vəhşicəsinə dağıdılmış Azərbaycan şəhərlərinə səfər etməmələrinin əsas səbəbi isə, çox güman ki, gözləri ilə gördüklərinə münasibət bildirmək məcburiyyətində qalacaqları ehtimalıdır:

“Göz önündə olan faktların qarşılığında nə deyəcəklər? Bu da ideoloji nağıl deyil ki, ilin 365 günü özlərinə əl qatıb yalan püskürsünlər. İran-Azərbaycan sərhədlərinin bir neçə kilometrliyində ermənilərin müsəlmanların dini, mədəni abidələrini darmadağın etmələrinə, məscidlərdə donuz saxlamalarına nə ad verəcəklər? İrandan hava yolu ilə təxminən 1600, quru yolu ilə isə 2200 uzaqlıqda olan bir ərazidə müsəlmanların məscidə gedib-gəlmələrinə kiçicik bir maneə yarandığında, bir çox hallarda isə təhlükəsizlik məqsədilə məhdudiyyətlər tətbiq edildikdə dil boğaza qoymayan din alverçiləri qonşuluqdakı müsəlmanların müqəddəs məkanlarının murdarlanmasına, təhqir edilməsinə necə haqq qazandıracaqlar? 

Məsələn, deyəcəklər ki, Qüdsdəki Əl-Əqsa, yaxud Qərbi Şeriadakı Nablus məscidi vaxtilə ermənilərin donuz saxladıqları Ağdam məscidindən, yaxud digər ibadətgahlardan daha müqəddəsdir?

Yaxud İran üçün ermənilərin hansısa xüsusi statusa, yaxud müsəlman məscidlərini təhqir etmək səlahiyyətinə sahib xalq olduqlarını bəyan edəcəklər? Zərif gəlib... Zərif-zərif də getsin... 

Bizim Kərbalamız Xocalı, Əl-Əqsamız Şuşa, Ağdam... məscidləri, müqəddəs torpaqlarımız tarixi Azərbaycan və türk torpaqlarıdır!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO