Dekabrın 5-6-da Qərbi Azərbaycan İcmasının ikinci beynəlxalq konfransı keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli icmada keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 51 dövlətdən xarici qonaqların iştirakı gözlənilir:
"Konfrans “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi”ndən bəhs edir. Tədbir 5 paneldə davam edəcək. Qərbi Azərbaycana qayıdış 60 milyonluq insanın məsələdir. Bizim ikinci beynəlxalq konfrans qayıdış uğrunda mübarizəmizin yeni mərhələsini təşkil edəcək".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media