Hikmət Hacıyev: ““Politico”nun Avropa nəşrindən üzr istəməsini və bu saxta məqaləni geri çəkməsini tələb edirik!”

Hikmət Hacıyev: ““Politico”nun Avropa nəşrindən üzr istəməsini və bu saxta məqaləni geri çəkməsini tələb edirik!”

Hazırda oxunan: Hikmət Hacıyev: ““Politico”nun Avropa nəşrindən üzr istəməsini və bu saxta məqaləni geri çəkməsini tələb edirik!”

221815

““Politico”nun Avropa nəşrində “Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir” dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil. Məqalədə peşəkar fakt yoxlanışı yoxdur və spekulyasiya, şayiələrlə doludur”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi "X" hesabında yazıb.
 

H. Hacıyev qeyd edib ki, jurnalistikanın və medianın Avropa standartlarında belə aşağı səviyyəyə enməsi ən azı utancvericidir: “Avropa İttifaqı mediada yayılan qlobal dezinformasiyaya xüsusilə həssasdır və narahatdır. Bu başa düşüləndir! Bəs Avropa mediası başqaları haqqında saxta xəbərlər və yalanlar yaydıqda reaksiya necə olur?



Bircə fakt bu yazını tamamilə təkzib edir: 2024-cü ildə Azərbaycan Rusiyadan qaz idxal etməyib. Nöqtə! Azərbaycanda qaz hasilatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. İstehsal və ixracın həcmi hamıya aydın görünür.

Azərbaycan mövcud resursları və razılaşdırılmış müqavilələri əsasında tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək. “Politico”nun Avropa nəşrindən üzr istəməsini və bu saxta məqaləni geri çəkilməsini tələb edirik!”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO