Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu il 24 iyunda vaxtından əvvəlxa0 həm prezident, həm parlament seçkilərinin keçiriləcəyini elan edəndən sonra artıq prezidentliyə ilk müstəqil namizədliyini irəli sürənin kimliyi də məlum olub.xa0
Bu, jurnalist Levent Gültəkindir. İndiki iqtidarı daha çox tənqid etməklə tanınan istedadlı yazar sosial şəbəkədə namizədliyini irəli sürəcəyini bəyan edən video paylaşıb.
Gültəkin belə deyib: “İqtidar erkən seçim qərarını verdi. Bu bir seçim deyil, bu bir qəsbdir. İqtidar ölkəni qəsb edir. 24 iyunda seçki demək, “mən seçimi dünən keçirdim” demək. “məndən başqa bu ölkəni idarə edə bilməz” demək. Bunu qəbul edə bilmərik. Biz bu ölkənin övladıyıq. Hamımızın seçmək, seçilmək, azad yaşamaq haqqı var. Bu haqqımızdan vaz keçə bilmərik. İnsan kimi, dostca, qardaşca, azadca yaşamaq üçün namizəd oluram. Əslində bu bir namizədlik məsələsi deyil. Bu bir vəzifə tutmaq məsələsi deyil. Bu bir məsuliyyət məsələsidir. Ölkəmizi bir adamın iki dodağı arasına buraxmamaq məsələsidir. Bu bir adama” Türkiyə səndən böyükdür” demək məsələsidir. Birlikdə gələcəyimizə sahib çıxacağıq, mən bunun üçün varam. Namizəd oluram. Sizin də əl uzatmanızı gözləyirəm. Əl versəniz, çiyin-çiyinə verərək, qazanırıq, qazanacağıq”.

































































































