XİN-dən Bayramov-Mirzoyan görüşünün təxirə salınması ilə bağlı AÇIQLAMA

XİN-dən Bayramov-Mirzoyan görüşünün təxirə salınması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: XİN-dən Bayramov-Mirzoyan görüşünün təxirə salınması ilə bağlı AÇIQLAMA

220754

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçiriləcək danışıqların növbəti raundu təxirə salınıb.

 

Bu barədə erməni mətbuatı məlumat yayıb.

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Sfera.az-a açıqlamasında bunu  təsdiqləyib:

 

"Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır və ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq. Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur".

 

Əzizə Zeynal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO