Zemfira Meftahətdinova vəzifəsindən azad edildi - FOTO

Zemfira Meftahətdinova vəzifəsindən azad edildi - FOTO

Hazırda oxunan: Zemfira Meftahətdinova vəzifəsindən azad edildi - FOTO

219900

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi polis polkovniki Zemfira Meftahətdinova təqaüdə göndərilib.

 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı Z.Meftahətdinovanı qəbul edib.

 

Yolasalma mərasimində general-polkovnik V.Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, İdman Cəmiyyətinin rəisi kimi qüsursuz fəaliyyətini yüksək qiymətləndirib.

 

Sonda nazir V.Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını Z.Meftahətdinovaya təqdim edib.

 

Məlumata görə, bundan sonra o, fəaliyyətini Azərbaycan Atıcılıq Federasiyasında davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO