“Ermənistanla sülh müqaviləsi bağlanmasa da, bölgədə sülh dövrü faktiki bərqərar olunub”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov
"Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində qeyd edib.
R.Usubov bildirib ki, milli təhlükəsizliyə təhdid yaradan amillər zərərsizləşdirilib:
“Azərbaycan xalqı belə bir münbit təhlükəsizlik şəraitində Qarabağ mövzusunu indi möhtəşəm tikinti və quruculuq məkanı kimi müzakirə edir, bu sahədə qlobal miqyaslı işlər görülür.
Regionun tərəqqi, əməkdaşlıq və təhlükəsizlik mühitində Azərbaycan fenomeni əsas tənzimləyici faktordur. Zəfərin yaratdığı reallıqlar isə Qafqaz bölgəsi ilə yanaşı, ümumiyyətlə, Avrasiya məkanının müxtəlif sahələrində yeni yanaşmaları, müasir çağırışları aktuallaşdırıb.
Ölkəmizdə və Qafqazda sülh, inkişaf və təhlükəsizlik sistemi dünyaya mühüm töhfədir. Qlobal səviyyədə nüfuzlu dövlət və lider kimi tanınan Azərbaycanla bağlı hər hansı bir proses təbii olaraq, beynəlxalq miqyasda da diqqətlə qarşılanır və onun ciddi təsirləri olur”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
08:43 / 05.11.2024
Ramil Usubov: “Bölgəmizdə sülh dövrü faktiki bərqərar olunub”
Hazırda oxunan: Ramil Usubov: “Bölgəmizdə sülh dövrü faktiki bərqərar olunub”
Hazırda oxunan: Ramil Usubov: “Bölgəmizdə sülh dövrü faktiki bərqərar olunub”
219253
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.