“Birləşmiş Krallıq Azərbaycanın müstəqilliyini müdafiə edir” - Britaniyalı nazir

“Birləşmiş Krallıq Azərbaycanın müstəqilliyini müdafiə edir” - Britaniyalı nazir

Hazırda oxunan: “Birləşmiş Krallıq Azərbaycanın müstəqilliyini müdafiə edir” - Britaniyalı nazir

21874

“Birləşmiş Krallıq, Sizin də bildiyiniz kimi, Azərbaycanın uzunmüddətli tərəfdaşıdır və ölkənizin suverenliyini, müstəqilliyini müdafiə edir”.

Bizim.Media-nın məlumatına görə, Böyük Britaniyanın ixracat naziri Qraham Styuart Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən belə deyib.

Nazirin sözlərinə görə, Britaniya bu uzun illər ərzində Azərbaycanın tərəfdaşı olmaqdan məmnundur və şərəf hissi duyur:

“Bizi, həmçinin bir çox məsələlər maraqlandırır. Lakin, mən bunlardan ikisini seçərdim. Birincisi, Birləşmiş Krallığın da sadiq olduğu, Sizin daha da yaşıl və dayanıqlı gələcəyə dair baxışınızdır. Hesab edirəm ki, Azərbaycanın nəinki təkcə uğurlu neft və qaz iqtisadiyyatına malik olan ölkə, eləcə də, gələcəyi düşünən və uzunmüddətli perspektivdə strateji planlar quran bir ölkə olmasını təmin etmək Sizin baxışınıza uyğundur. Çünki, gələcək daha da yaşıl olacaq, qlobal investisiyalar bu sahəyə yatırılacaq və münasibətlərimizi dərinləşdirmək üçün fürsət olacaq. Sizin də qeyd etdiyiniz kimi, BP strateji tərəfdaşınızdır, orada böyük imkanlar var. Düzgün siyasət və tədbirlər müəyyənləşdirməklə, Sizin ölkəniz üçün uzunmüddətli mirasınız ondan ibarətdir ki, Siz ölkənizi neft və qaz əsasında qurub inkişaf etdirmisiniz, lakin, eyni zamanda, gələcəyə də baxırsınız”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO