Qərb Gürcüstanda təxribat planına START VERDİ – Müxalifətin mitinqləri nə ilə YEKUNLAŞACAQ?

Qərb Gürcüstanda təxribat planına START VERDİ – Müxalifətin mitinqləri nə ilə YEKUNLAŞACAQ?

Hazırda oxunan: Qərb Gürcüstanda təxribat planına START VERDİ – Müxalifətin mitinqləri nə ilə YEKUNLAŞACAQ?

218171

Xəbər verdiyimiz kimi, Gürcüstandakı parlament seçkilərində hakim "Gürcü Arzusu" partiyası qalib gəlib. Lakin ölkə müxalifəti və Gürcüstan Prezidenti Zurabişvili nəticələri tanımaqdan imtina edib və etiraz aksiyaları keçirəcəklərini bildirib. Artıq bu gün saat 19.00-da Tiflisdə izdihamlı mitinqin baş tutacağı elan olunub.

Maraqlıdır, bəs, bu etiraz aksiyaları seçkinin nəticələrinə təsir edəcəkmi?
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan Prezidenti seçkilərdən sonra əhalini etirazlara çağırdı


Polotoloq Zərdüşt Əlizadə Bizim.Media-ya bildirib, hazırda Gürcüstan müxalifətinin iki yolu var:

“Birincisi, qanuni müzakirə yolu, ikincisi isə küçələrdə əlbəyaxa vuruşmaq, güllə atmaq yolu. Əslində, Gürcüstan müxalifətinin əlində dinc mübarizə yolu var. “Gürcü arzusu” seçkilərdə 90 yer götürüb. 90 yer isə parlamentin qanuni işləməsinə imkan vermir. Yəni say yüzdən yuxarı olmalıdır. Qalan mandat gürcü müxalifətinindir. Əgər gürcü müxaliflər parlamentə getməsə, sözü bir yerə qoyub mandatları götürməsə, onda hakim partiya nəticələri ləğv edib təkrar seçkiyə getməyə məcbur olacaq”.

Müsahibimizin sözlərinə görə, “Gürcü arzusu” üçün 10 deputatı öz tərəfinə çəkmək elə də çətin olmayacaq.  

Zərdüşt Əlizadə hazırki gərginliyin nə ilə nəticələnəcəyinin tərəflərin qətiyyətindən asılı olacağını qeyd edib.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya Xarici Kəşfiyyat İdarəsi Qərbin Gürcüstanda “rəngli inqilab”a hazırlaşdığı ilə bağlı məlumat yaymışdı. Sonrakı dövrdə bir sıra Gürcüstan rəsmiləri də Qərb dairələrinin seçki dövründə proseslərə müdaxilə edəcəyininin anonsunu vermişdilər.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO