“Əminəm ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mümkündür, lakin bunun üçün Ermənistan tərəfindən siyasi iradə çatmır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.
“Ancaq başa düşürəm ki, bu gün Ermənistanda kimsə Azərbaycanla sülh müqaviləsindən danışmağa başlayırsa, bu, onun populyarlığını artırmayacaq. Ancaq ölkə rəhbərləri siyasi karyeralarını deyil, dövləti düşünməlidirlər”, - dövlət başçısı bildirib.
İlham Əliyev sülh müqaviləsinin ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutduğunu vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır və təbii ki, öz növbəsində, Ermənistan da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanımalıdır: “Qarabağ Azərbaycanın ərazisidir. Buna heç bir şübhə yoxdur. Belə olub və olacaq da. Onlar Dağlıq Qarabağın statusu barədə danışmaq cəhdlərindən əl çəkməlidirlər. Bu, müzakirə mövzusu deyil”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:34 / 20.05.2021
İlham Əliyev: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”
Hazırda oxunan: İlham Əliyev: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”
Hazırda oxunan: İlham Əliyev: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”
21805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.