Paşinyanın Azərbaycana növbəti “torpaq güzəşti” – PƏRDƏARXASI məqamlar

Paşinyanın Azərbaycana növbəti “torpaq güzəşti” – PƏRDƏARXASI məqamlar

Hazırda oxunan: Paşinyanın Azərbaycana növbəti “torpaq güzəşti” – PƏRDƏARXASI məqamlar

21775

Ermənistanın Vatikandakı keçmiş səfiri və baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın sərt tənqidçisi Mikael Minasyan artıq neçənci dəfədir ki, Paşinyanın Azərbaycanla yeni saziş imzalamağa hazırlaşdığını bildirib.

Minasyan Paşinyanı növbəti dəfə satqınlıqda ittiham edərək yeni sazişin bütövlüklə Azərbaycanın maraqlarına xidmət etdiyini deyib. Minasyan bildirib ki, Paşinyan Azərbaycana növbəti “torpaq güzəşti” edəcək. Söhbət Qazaxın 7, Naxçıvanın 1 kəndinin geri qaytarılmasından gedir. 

Bizim.Media xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında məsələni şərh edib. O, bildirib ki, Minasyan haqqında danışdığı sənədin surətinin bir hissəsini yaydıqdan sonra bir qrup etirazçı erməni Nazirlər Kabinetinin binası qarşısında toplaşıb:

“Həmin erməniləri internetdə yayılan digər görüntülər də (söhbət Azərbaycan hərbçilərinin erməni hərbçiləri sərhəddən uzaqlaşdıran görüntülərdən gedir) qəzəbləndirib. Paşinyana müxalif olanlar Mikael Minasyanın boş danışmadığına inanırlar.

Çünki, Minasyan ötən ilin noyabr ayında da Paşinyanın Azərbaycan qarşısında kapitulyasiyaya hazırlaşdığını bildirmişdi. Bir neçə gün sonra Paşinyan həqiqətən Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qaldı. Belə çıxır ki, hökumət içərisində və Paşinyana yaxın fiqurlardan biri Minasyana işləyir, ona məxfi məlumatları ötürür. Əslində bu ilk növbədə Paşinyanı narahat etməlidir”. 

Politoloq Paşinyandan gələn maraqlı etirafa da toxunub:

“Biz Azərbaycanla yeni saziş imzalamağa hazırlaşırıq, üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) danışıqlar əsasında sənəd üzərində iş gedir. Yeni sənəd Ermənistanın maraqlarına cavab verir. Minasyan isə Azərbaycanın maraqları üçün çalışır və sənədlə bağlı təhrif olunmuş məlumatlar yayır. Əgər Azərbaycan razılıq verərsə həmin sənədi imzalayacam”, deyə Paşinyan qeyd edib.

Görəsən söhbət hansı razılaşmadan gedə bilər? Bu sülh sazişidirmi? Bizim maraqlarımız bəllidir və onlar təmin edilməlidir:

1. Qarabağdakı ermənilər tam tərksilah olunmalı, Ermənistandan Azərbaycan torpaqlarına “hərbi xidmətə” kimsə göndərilməməlidir;

2. Qazaxın -7, Naxçıvanın – 1 kəndi geri qaytarılmalıdır;

3. Zəngəzur üzərindən dəhliz açılmalıdır. Qalan məsələlər – Laçın dəhlizinin nəzarət altına alınması və Ermənistanla sərhəddin müəyyənləşdirilməsi özümüzə aiddir. Bunları İrəvanla müzakirə etməyin anlamı yoxdur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO