Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın xarici işlər naziri Jan-Noel Barrotun ölkəmiz əleyhinə yalanlarına cavab verib.
Bizim.Media xəbər verir ki, bu, A.Hacızadə bununla bağlı “X”dəki hesabında yazıb.
“Cənab nazir, biz beynəlxalq hüquqa və ədalətə hörmət etməliyik, beynəlxalq hüquqa və ədalətə sadiqliyimizi bəyan etmək üçün onlara uyğun hərəkət etməliyik”, - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Fransanın XİN başçısı guya ölkəsinin beynəlxalq hüquq və ədalətin tərəfində olduğunu və həmişə də olacağını deyib.
Bizim.Media