“Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri” təsdiqlənib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında Əsasnamə TƏSDİQLƏNDİ
Fərmana əsasən, Nazirlər Kabinetinə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi və bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim formasını daşıma Qaydaları”nı beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu sənəddən irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bizim.Media