Xəbər verdiyimiz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "3+3" regional platforması üzrə toplantı çərçivəsində dörd ölkənin - Azərbaycan, İran, Rusiya və Ermənistanın xarici işlər nazirlərini qəbul edib.
Bizim.Media xəbər verir ki, nazir bununla bağlı "X" hesabında paylaşım edib.
““3+3” regional məşvərət formatının görüşü çərçivəsində İstanbulda, tarixi Dolmabağça Sarayında qardaş və müttəfiq Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməkdən məmnunluq duydum.
Regional əməkdaşlığımızın gücləndirilməsi, habelə bölgəmizin təhlükəsizliyinin təmin olunmasında Azərbaycan-Türkiyə müttəfiqliyinin əhəmiyyəti bir daha vurğulandı”.
Bizim.Media