Aİ missiyası ÖZ AMPLUASINDA – Sərhədimizdə növbəti təxribat HAZIRLANIR?

Aİ missiyası ÖZ AMPLUASINDA – Sərhədimizdə növbəti təxribat HAZIRLANIR?

Hazırda oxunan: Aİ missiyası ÖZ AMPLUASINDA – Sərhədimizdə növbəti təxribat HAZIRLANIR?

215310

Xəbər verildiyi kimi, İrəvan və Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası növbəti dəfə Azərbaycana qarşı növbəti təxribat xarakterli addım atıb. Belə ki, dövlət sərhədimizin yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvü və erməni hərbçiləri cihazları ilə ərazilərimizi müşahidə ediblər.

Bu, Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının əslində kəşfiyyatla məşğul olması ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun ötən həftə dediklərini bir daha təsdiqləyir. Görünən odur ki, Qərb Azərbaycanla sərhədə yaxın ərazilərdə hansı təxribatlara əl atmağa çalışır.

Qeyd edək ki, Aİ Ermənistan ərazisində monitorinq fəaliyyətinə 6 oktyabr 2022-ci ildə start verib. Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədri arasında keçirilmiş Praqa görüşündə əldə olunmuş razılaşmaya əsasən Aİ mülki missiyası iki ay ərzində monitorinq aparmalı idi. Lakin sonradan onun fəaliyyəti daha iki illiyə uzadıldı.

Missiyanın son addımları isə göstərir ki, onlar daha çox kəşfiyyat məlumatları toplamaqla məşğuldur. Deməli, sözügedən missiya əslində sərhəddə vəziyyətin gərginləşməsində maraqlıdır.

Aİ-nin Ermənistandakı missiyası sərhəddə növbəti təxribat hazırlayır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, Aİ missiyasının fəaliyyəti Azərbaycanı çox da narahat etməməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan və Aİ missiyasından Azərbaycana qarşı növbəti təxribat – VİDEO


“Ermənistan tərəfindən sərhəddə təxribatlar təkcə indi hazırlanmır. Avropa İttifaqının da məqsədi odur. Onlar bölgədə sabitliyin pozulması üçün əllərindən gələni edirlər. Belədə, həm də böyük sülh sazişinin bağlanmasına da maneə olurlar. Bu çox ciddi strateji xətdir”.

F.Mustafa qeyd edir ki, bütün cəhdlərinə rəğmən Aİ missiyası istədiyi nəticəyə nail ola bilməyib:

“Neçə müddətdir Ermənistanın Azərbaycanla sərhədində dolaşsalar da, hələ ki, təxribat yaratmaq imkanları olmayıb. Bunun da səbəbi Azərbaycanın bölgədə kifayət qədər həssas şəkildə münasibətləri tənzimləməklə məşğul olması ilə bağlıdır. Ona görə də bu cür hadisələr elə də təsiredici gücə sahib deyil. Bu səbəbdən Aİ missiyasının fəaliyyəti ölkəmizi çox da narahat etməməlidir”.

Deputatın fikrincə, Ermənistandakı Aİ missiyası bir müddətdən sonra atdığı addımların nə qədər yanlış olduğunu anlayacaq:

“Onlar əslində öz addımlarının nə qədər yanlış olduğunu bir müddətdən sonra daha çox dərk edəcək və belədə Azərbaycanla dialoq mühitini bərpa etməyə çalışmalı olacaqlar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO