Prezident Amerika sanksiyaları BARƏDƏ: “Onların mövcud olmağa haqqı yoxdur” - VİDEO

Prezident Amerika sanksiyaları BARƏDƏ: “Onların mövcud olmağa haqqı yoxdur” - VİDEO

Hazırda oxunan: Prezident Amerika sanksiyaları BARƏDƏ: “Onların mövcud olmağa haqqı yoxdur” - VİDEO

215192

“Sanksiya siyasətinin mövcud olmağa haqqı yoxdur. Xüsusilə bu sanksiyalar qeyri-qanuni olaraq tətbiq edilirsə. Ona görə də biz qəti şəkildə bütün sanksiyalara qarşıyıq. Düşünürəm ki, Beynəlxalq İctimaiyyət bu sanksiyalara qarşı yekdil mövqe bildirməlidir. Biz isə öz mövqeyimizi milli səviyyədə nümayiş etdiririk”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı jurnalist Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya 1” televiziya kanalının jurnalisti Pavel Zarubinin Amerika sanksiyaları ilə bağlı sualını cavablandırarkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib, İlham Əliyev iclasda iştirak edib


Dövlətimizin başçısı xatırladıb ki, Amerika 1992-ci ildə torpaqlarımızı itirdiyimiz bir vaxtda bizə qarşı sanksiyalar tətbiq edib:

“Lakin 2001-ci ildə bu sanksiyalar aradan qaldırıldı. Çünki onların işğalçılıq fəaliyyətləri Əfqanıstanda başladığı üçün bizə ehtiyacı var idi. 

ABŞ ordusu Əfqanıstanda qaldığı müddətdə bu sanksiyalar hər il ABŞ prezidenti tərəfindən ləğv edilirdi. Onlar Əfqanıstandan qaçan kimi bütün dünyanın gözü qarşısında yenə bizə qarşı bu sanksiyalar tətbiq olundu. Bu qədər nankorluq etmək olarmı?!

Odur ki, "nankorluq” ifadəsi bu kontekstdə istifadə ediləcək ən sərt söz deyil”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO