Sülh üçün YENİ VARİANT – Kiyev NATO-ya qoşulmaq üçün torpaqlarından imtina edəcək?

Sülh üçün YENİ VARİANT – Kiyev NATO-ya qoşulmaq üçün torpaqlarından imtina edəcək?

Hazırda oxunan: Sülh üçün YENİ VARİANT – Kiyev NATO-ya qoşulmaq üçün torpaqlarından imtina edəcək?

215126

Kiyevlə Moskva arasında gizli danışıqlar gedir. Belə ki, Financial Times-ın yazdığına görə, Ukrayna hökuməti hazırda Rusiya ilə "bağlı qapılar arxasında" gizli danışıqlar aparır. Bu danışıqların mərkəzində Rusiyanın işğal etdiyi Ukrayna əraziləri üzərində nəzarəti saxlama ehtimalı dayanır.

Əvəzində, Ukraynanın digər hissəsinə NATO-ya qoşulmaq və ya ekvivalent təhlükəsizlik zəmanətləri almaq hüququ verilə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

NATO Rusiyaya qarşı TƏDBİR GÖRÜR: 49 döyüşə hazır briqada yaradır


Məqalədə qeyd edilir ki, bu ssenari soyuq müharibə dövründə Qərbi Almaniyanın vəziyyəti ilə müqayisə edilir. Həmin dövrdə Qərbi Almaniya NATO-nun himayəsi altında inkişaf edərək Avropa İttifaqına inteqrasiya edə bilmişdi. Lakin bu planın həyata keçməsi çox ambisiyalı fərziyyələrə əsaslanır və müzakirə olunan ssenari bir çox mürəkkəb faktorlarla qarşılaşa bilər.

Qeyd edək ki, son dövrlər Ukrayna müharibəsinin bu ilin sonuna, uzağı gələn ilə bitəcəyi barədə fikirlər geniş yayılıb. Tərəflərin, xüsusən də rəsmi Kiyevin son addımları onun danışıqlara getməyə meylləndiyi fikrini formalaşdırır. Belə ki, son dövrlər Kiyev rəsmiləri tərəfindən sülh forumu ideyası daha tez-tez eşidilir. Müharibənin dayandırılması vacibliyi artıq Avropada da geniş yayılıb. 

Hərbi əməliyyatların gedişinə də nəzər saldıqda görərik ki, tərəflərdən heç biri açıq üstünlük əldə edə bilmir.

Düzdür, son zamanlar, Rusiya ordusu Donbas istiqamətində az da olsa irəliləməyə nail olub. Amma bu vəziyyət müharibənin ümumi gedişinə ciddi təsir etməyib. O cümlədən, Ukrayna ordusunun Kursk istiqamətindəki uğuru da prosesdə əsaslı rol oynaya bilməyib. 

Bu fonda da fikirlər səslənir ki, mövcud durumda müharibəni ancaq hər iki tərəfin müəyyən kompromislərə getməsilə dayandırmaq olar. 

Kiyev NATO-ya üzv olmaq üçün Moskvanın nəzaərtinə keçən torpaqlarından imtina edəcəkmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, sözügedən məlumat sadəcə olaraq, təbliğat mübarizəsinin tərkib hissəsidir: 

“Bu barədə konkret nəsə demək çətindir. Ukrayna ilə Rusiya arasında gizli danışıqlarla bağlı əsaslı məlumat yoxdur. Bu səbəbdən də həmin məlumatı təbliğat mübarizəsi kimi dəyərləndirmək fikrimcə, daha düzgün olar. Təbliğat mübarizəsində də məqsəd hansısa tərəfin mövqeyinin güclü olmasını göstərməkdir”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO