Zəngilanda beşinci yaşayış kompleksində 334 mənzil İNŞA EDİLƏCƏK - FOTO

Zəngilanda beşinci yaşayış kompleksində 334 mənzil İNŞA EDİLƏCƏK - FOTO

Hazırda oxunan: Zəngilanda beşinci yaşayış kompleksində 334 mənzil İNŞA EDİLƏCƏK - FOTO

214431

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməlini qoyub.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına kompleks barədə məlumat verilib.

Qeyd olunub ki, yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Kompleksin ərazisi məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir.

Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub.

Prezident İlham Əliyev yaşayış kompleksinin təməlini qoyub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO