
- A-
- A
- A+
İdman
01:10 / 21.12.2024
“Neftçi” Tovuza itkilərlə YOLLANDI
Hazırda oxunan: “Neftçi” Tovuza itkilərlə YOLLANDI
226278
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Misli Premyer Liqasının 18-ci turu çərçivəsində səfərdə “Turan Tovuz”la qarşılaşacaq “Neftçi” oyunöncəsi son məşqə çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Neftçi” Futbol Mərkəzində baş tutan hazırlıq prosesində zədəli Emin Mahmudov iştirak etməyib.
Zədədən sonra bərpa dövründə olan Rafael Quzzo, Rəhman Hacıyev və Dembo Darbo isə fərdi məşqlə kifayətləniblər.
Əvəzində, zədədən sonrakı bərpa prosesini geridə qoyan Robert Bauer komanda ilə birlikdə məşq edib.
Hazırlıq prosesindən sonra “Neftçi” Tovuza yola düşüb.
Qeyd edək ki, bu gün keçiriləcək “Turan Tovuz” - “Neftçi” oyunu 16:00-da start götürəcək.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































