Azərbaycan və Nepal arasında prokurorluq sahəsində təcrübə mübadiləsi MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycan və Nepal arasında prokurorluq sahəsində təcrübə mübadiləsi MÜZAKİRƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycan və Nepal arasında prokurorluq sahəsində təcrübə mübadiləsi MÜZAKİRƏ EDİLDİ - FOTO

214061

Baş prokuror Kamran Əliyev Nepal Federativ Demokratik Respublikasının Baş prokuroru Ramesh Badalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29 sentyabr-2 oktyabr tarixlərində paytaxtımızda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş prokuror Kamran Əliyev gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək Azərbaycan və Nepal arasında ikitərəfli müstəvidə son illərdə irəliləyişlərin baş verdiyini bildirib, bir çox sahələr üzrə artıq münasibətlərin dərinləşdiyini qeyd edib.

Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Nepal ilə əməkdaşlığın inkişaf etdiyini vurğulayan Kamran Əliyev, hər iki ölkənin sülhpərvərlik və bitərəflik ideyalarına sadiq olduğunu bildirib.

Prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib.

Azərbaycanın yekdilliklə bəşəriyyəti narahat edən ən vacib məsələlərdən biri olan qlobal iqlim siyasətində yeni dönüş nöqtəsini hədəfləyən COP29-a ev sahibliyi edəcəyini vurğulayan Kamran Əliyev, bu tədbirin iqlim dəyişikliyi ilə mübarizə sahəsində mövcud beynəlxalq təcrübənin inkişafına təkan verəcəyini bildirib.
 

Ramesh Badal səmimi qəbula görə minnətdarlığını bildirərək 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib, iki ölkənin prokurorluq orqanları arasında münasibətlərin hərtərəfli inkşafı üçün əlverişli səmimi mühitin olduğunu qeyd edib.


Nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO