“27 sentyabr Cənubi Qafqazın yeni tarixinin başlanğıcıdır” – Aleksey Naumov

“27 sentyabr Cənubi Qafqazın yeni tarixinin başlanğıcıdır” – Aleksey Naumov

Hazırda oxunan: “27 sentyabr Cənubi Qafqazın yeni tarixinin başlanğıcıdır” – Aleksey Naumov

213439

“Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra keçən bütün illər ərzində Qarabağ məsələsi əsas və təməl daşı olub. Əslində həm Heydər Əliyevin, həm də İlham Əliyevin göstərdiyi bütün səylər Qarabağ probleminin son nəticədə həllinə yönəlib. Ona görə də bu gün əlbəttə ki, bir tarixidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya KİV-ə açıqlamasında Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcü politoloq: “44 günlük müharibənin başlama vaxtı çox dəqiqliklə seçilmişdi”


O bildirib ki, biz görürük ki, Azərbaycan Qarabağ müharibəsindəki qələbə sayəsində öz milli tarixinin və inkişafının yeni mərhələsinə necə qədəm qoyub:

“Respublikanın suverenliyi və ərazi bütövlüyü bərpa olunduqdan sonra işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı ciddi addımlar atılır. Yada salaq ki, Azərbaycanın böyük qələbəsi üçün 2020-ci il sentyabrın 27-dən noyabrın 9-na kimi cəmi 44 gün lazım gəldi.

Bununla da əks-hücum əməliyyatına başlamaq barədə qərarlar qəbul edən respublika rəhbərliyi, Vətənin azadlığı uğrunda vuruşmuş əsgərlər, cəbhədə oğullarına, qardaşlarına dəstək olan bütün Azərbaycan xalqı birgə tarix yazdı. Vətən Müharibəsi günlərində bütün Azərbaycan ayağa qalxdı və böyük qələbədə hər kəs pay sahibi oldu”. 

Aleksey Naumov onu da əlavə edib ki, 44 günlük müharibənin nəticələri bütün Cənubi Qafqaza sülh gətirdi:

“Qarabağ məsələsinin həlli regionun dillərin, mədəniyyətlərin inkişafına təkan verməklə yanaşı Azərbaycanı ticarət axınlarının kəsişdiyi tranzit qovşağına çevrdi.  Azərbaycan Qarabağ məsələsini həll etdikdən və ərazi bütövlüyünə nail olduqdan sonra region inkişaf, sabitlik şansı əldə etdi. Ümid edək ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması ilə bu şans nəhayət reallaşacaq”.

Surxay Atakişiyev, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO