ASELSAN rəsmisi: “Azərbaycanla birgə istehsalla bağlı əməkdaşlığı müzakirə edirik” – FOTO

ASELSAN rəsmisi: “Azərbaycanla birgə istehsalla bağlı əməkdaşlığı müzakirə edirik” – FOTO

Hazırda oxunan: ASELSAN rəsmisi: “Azərbaycanla birgə istehsalla bağlı əməkdaşlığı müzakirə edirik” – FOTO

213258

“ASELSAN-ın Azərbaycanla əlaqələri keçmişə dayanır. Münasibətlər Azərbaycanın müstəqilliyini qazandığı ilk zamanlardan var. Müstəqillik zamanında “ASELSAN” yerli və milli olaraq istehsal etdiyi məhsullar qardaş Azərbaycanla da paylaşıldı”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında “ASELSAN Bakı”nın baş direktoru Özgür Kürüm deyib.

Müsahibimiz qeyd edib ki, ADEX sərgisi çərçivəsində yeni məhsullarını nümayiş etdirən “ASELSAN” Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir:


“1993-1994-cü illərdə təlabat artdığından Bakıda fəaliyyətə başladıq. Bundan sonra Azərbaycan qanunlarına uyğun “ASELSAN Bakı” şirkəti quruldu. Bu gün 33 əməkdaşla fəaliyyəti davam etdiririk. Bunlardan 30-u Azərbaycan vətəndaşıdır. Bu gün 90 ölkəyə ixracımız var. 20 ölkədə isə daimi təmsilçiliyimiz mövcuddur. Bunlardan biri Bakıdır.


Azərbaycanımızın Türkiyədə yeri tam başqadır. Buna görə də, biz Azərbaycanı sadəcə bir bazar olaraq görmürük. Klassik satış həyata keçirmirik. Cənab Prezident İlham Əliyev stendimizə baxış keçirdi. Biz hazırda birgə istehsal mövzusunda əməkdaşlığımızı müzakirə edirik”, - deyə Ö.Küsüm bildirib.



Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO