XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

Hazırda oxunan: XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

213168

Azərbaycanın Xarici İşlər Nazirliyi Livan və İsrail arasındakı gərginliklə əlaqədar vətəndaşları İsrailin Livan sərhədinə yaxın ərazilərinə səfər etməməyə çağırış edib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin müraciətində bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə Livana humanitar yardım yüklü təyyarə GÖNDƏRDİ - VİDEO


“Livan və İsrail arasında mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası Xarixi İşlər Nazirliyi tərəfindən müvafiq olaraq 3 və 5 avqust 2024-cü il tarixlərində edilmiş səyahət xəbərdarlıqlarına ciddi şəkildə riayət etməyin vacib olduğunu diqqətə çatdırırıq.

Bununla yanaşı, İsrail ərazisində xüsusi vəziyyət elan edilməsi ilə əlaqədar, vətəndaşlarımıza İsrailin Livan sərhədinə yaxın ərazilərə səfər etməməyi və yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edirik”, – XİN-in mətbuat xidməti qeyd edib.

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi

[email protected]

+972 50 356 95 82

Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi

[email protected]

+961 4 922 066.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO