ABŞ-ın ikiüzlülüyünün ETİRAFI – Ermənistana olar, başqa ölkələrə OLMAZ?

ABŞ-ın ikiüzlülüyünün ETİRAFI – Ermənistana olar, başqa ölkələrə OLMAZ?

Hazırda oxunan: ABŞ-ın ikiüzlülüyünün ETİRAFI – Ermənistana olar, başqa ölkələrə OLMAZ?

212334

“ABŞ Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirməklə bağlı suveren hüququna hörmət edir”.

Bu barədə ABŞ Dövlət Departamentindən “Azərtac”-a verilən açıqlamada qeyd olunub. 

Regionda Ermənistanın hərbiləşdirilməsi siyasətinin, keçmiş ATƏT-in Minsk qrupu ölkələrinin Ermənistanı dəstəkləməyə davam etməsi o cümlədən Ermənistanla Rusiya arasında artan ticarət və hərbi əlaqələri ilə bağlı sorğuya cavab məhz bu cür olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Qərb və Rusiyadan qarşlıqlı NÜVƏ TƏHDİDLƏRİ – Bəşəriyyət qiyamətə sürüklənir?


ABŞ-ın Ermənistana yardımlarını artırmasına gəldikdə cavab məktubunda bildirilib ki, ABŞ-ın bu ölkəyə yardımı onun demokratik və iqtisadi inkişafını artırmaq, regional iqtisadiyyata inteqrasiyanı gücləndirmək, ticarəti şaxələndirmək və mənfi təsirlər qarşısında dayanıqlılığını gücləndirməyə xidmət edir.

Riyakarlığın pik həddi

Bu açıqlamanı oxuduqca, Ağ Evdəkilərin nə qədər qeyri-səmimi və riyakar olduğunu görürük. Guya ki, rəsmi Vaşinqton bütün dünya dövlətlərinin, o cümlədən Ermənistanın seçiminə çox böyük həssaslıq və hörmətlə yanaşır. Üstəlik, guyaki bütün dövlətlərin firavanlığı və inkişafı ABŞ üçün prioritetdir. Dövlət Departamenti qeyri-ciddi fikirlərində o qədər qabağa gedib ki, hətta Ermənistanın Rusiya ilə əməkdaşlığına hörmət etdiyini deyir.

Bu isə sadəcə ikiüzlülükdür.

Çünki hər kəs bilir ki, ABŞ və bir sıra Avropa ölkələri Ermənistanın Rusiya ilə əməkdaşlığnı istəmir. Hətta Qərb Ermənistanın Rusiyanın çətiri altından çıxıb Qərbə sığınması üçün min-bir yola əl atır. Bütün bunlardan sonra isə həyəsızcasına çıxıb deyirlər ki, “biz Ermənistanın seçiminə hörmət edirik”.

Bəs, bu hörmət niyə Gürcüstana və digər ölkələrə edilmir?

Məlumdur ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun qüvvəyə mindikdən sonra ABŞ və Avropa İttifaq rəsmi Tiflisə qarşı soyuq müharibə elan etdi.

Gürcüstanın baş naziri İrakli Kobaxidze bu günlərdə jurnalistlərə açıqlaması zamanı bildirib ki, növbəti parlament seçkilərində Gürcüstan vətəndaşları müharibə və sülh arasında seçim etməli olacaqlar:

“2024-cü ilin oktyabrında Gürcüstanda keçiriləcək parlament seçkiləri “müharibə və sülh arasında referendum olacaq. Əslində seçim sadədir. Seçim sülh, mənəviyyat və parlaq gələcək lehinə edilməlidir. Çünki, Qərb payızda Gürcüstanda keçiriləcək seçkilərə müdaxilə edəcək.”.

Baxmayaraq ki, xarici agent haqqında qanunun qəbulundan ötən 4 ayda Gürcüstan çox böyük təzyiqlərə və təhdidlərə məruz qalıb. Avropa İttifaqı Gürcüstanın təşkilata üzvlük məsələsini dayandırıb. Avropa İttifaqı Gürcüstanın qəbulu prosesini dayandırmaqla kifayətlənməyib, həm də respublikaya maliyyə yardımını dayandırıb. Məsələn, Avropa Sülh Fondundan Gürcüstan Müdafiə Nazirliyinə ayrılan 30 milyon avro məbləğində vəsaiti dondurub. 

Aİ-nin Tiflisdəki səfiri Pavel Qerçinski açıq şəkildə bildirib ki, buna səbəb Gürcüstanda təsdiq edilmiş xarici agentlər haqqında qanundur. Bundan başqa, Gürcüstanın bəzi rəsmilərinin ABŞ və Avropaya girişinə “STOP” qoyulub

Bir qanun layihəsinə görə gürcü xalqını hədələyən Qərb niyə Gürcüstan dövlətinin seçiminə hörmətlə yanaşmır?

Ukrayna isə başqa bir mövzudur. Qərb 20 ildir ki, Ukrayna ilə Rusiyanı düşmən etmək üçün minbir oyundan çıxdı. Sonda isə Ukraynanı sonu görünməyən müharibə cəhənnəminə saldı. Bu gün qırılan yüz minlərlə, didərgin düşən milyonlarla ukraynalı üçün Qərb qəti narahat deyil. 

Ermənistanın seçiminə hörmət edən Qərb bəs, niyə Ukrayanaya eyni münasibəti göstərmir?

Hələ Moldovanı demirik. Bu kiçik dövlətin 20 faiz torpağı separatçıların nəzarəti altındadır. Amma Qərb nədənsə Moldavanın suverenliyə və ərazi bütövlüyünə qovuşmaq üçün heç bir addım atmır. Necə deyərlər, Moldovanın seçimi Qərbin heç yadına düşmür. Amma nədənsə Ermənistanın seçimlərini Qərb ancaq təqdir edir.

Qərb heç bir dövlətin seçiminə hörmət etmir.

Belə olmasa idi, bütün dünya dövlətlərini Rusiyaya qarşı iqtisadi sanksiyalara məcbur etməzdi. Rusiya ilə əməkdaşlıq edən istənilən şirkət bu gün Qərbin tərs silləsi ilə üzləşir. 

Ancaq nə hikmətdirsə, Ermənistan Qərb və Rusiyanın ortaq bazarına çevrilsə də, ABŞ buna səsini çıxarmır.

Son üç ilin göstəricilərinə nəzər salsaq, görərik ki, 2021-ci illə müqayisədə 2023-cü ildə Ermənistanın xarici ticarət dövriyyəsi 2,5 dəfə, idxal 2,3 dəfə, ixrac isə 2,8 dəfə artıb. Bu artımı diqqətlə araşdırdıqda süni təsirlərin əlamətini görmək olar.

Ermənistanın xarici ticarətinin ölkələr baxımından strukturuna baxdıqda isə görərik ki, Rusiya ilə ticarət əlaqələri 2022-ci ildə 2 dəfə artıqdan sonra 2023-cü ildə Rusiya ilə ticarətdə 43 %-lik artım qeydə alınıb. 2023-cü ildə də əvvəlki ildə olduğu kimi Ermənistanın ticarət dövriyyəsinin üçdə birindən çoxu, yəni 35 %-i məhz Rusiyanın payına düşüb. 

Bu artımın əsas səbəbi isə təbii ki, sanksiya altında olan malların Ermənistan vasitəsilə ticarətidir.

Bütün bunlarsa onu göstərir ki, Qərb öz yanaşmasında bir qayda ikili münasibət sərgiləyir. Bu yanaşmalarda heç zaman obyektivlik və ədalət prinsipləri gözlənilmir. Yalnız korporativ yanaşmalar öndə olur. Ona görə də ABŞ Dövlət Departamentinin Ermənistanla bağlı məlum fikirləri təəccüb yox, sadəcə hiddət doğurur.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO