Prezident: “Sülh müqaviləsi üçün Ermənistan Azərbaycana qarşı olan ərazi iddialarına son qoymalıdır”

Prezident: “Sülh müqaviləsi üçün Ermənistan Azərbaycana qarşı olan ərazi iddialarına son qoymalıdır”

Hazırda oxunan: Prezident: “Sülh müqaviləsi üçün Ermənistan Azərbaycana qarşı olan ərazi iddialarına son qoymalıdır”

211753

“Məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına soy qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb.

Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasmanə əsasında bu prosesin aparılacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO