2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına bir sıra müraciətlər daxil olub.
Bizim.Media xəbər verir ki, MSK tərəfindən bu gün keçirilən iclasda həmin müraciətlərə baxıb.
Müraciətlər 22 saylı Nəsimi – Yasamal, 23 saylı Nəsimi - Səbael (7,8,9,10 saylı məntəqə), 15 saylı Nəsimi, 73 saylı Masallı-Cəlilabad, 78 saylı Lənkəran kənd, 94 saylı Ucar, 24 saylı Nizami birinci, 10 saylı Binəqədi üçüncü, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 72 saylı Cəlilabad kənd, 71 saylı Cəlilabad şəhər, 120 saylı Cəbrayıl – Qubadlı seçki dairələrinə daxil olan bəzi məntəqələrdə iddia olunan qanun pozuntuları ilə bağlı olub.
94 saylı Ucar, 71 saylı Cəlilabad şəhər seçki dairələrindən daxil olan müraciətlər isə müəyyən edilmiş müddəti əhatə etmədiyindən şikayətçilərə geri göndərilib.
Digər müraciətlər isə baxılması üçün məntəqələrin daxil olduğu dairə seçki komissiyalarına göndərilib.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:40 / 05.09.2024
Parlament seçkiləri ilə bağlı MSK-ya bu məntəqələrdən şikayətlər DAXİL OLUB
Hazırda oxunan: Parlament seçkiləri ilə bağlı MSK-ya bu məntəqələrdən şikayətlər DAXİL OLUB
Hazırda oxunan: Parlament seçkiləri ilə bağlı MSK-ya bu məntəqələrdən şikayətlər DAXİL OLUB
210151
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.