İlham Əliyev ailəsi ilə birgə səs verdi - VİDEO

İlham Əliyev ailəsi ilə birgə səs verdi - VİDEO

Hazırda oxunan: İlham Əliyev ailəsi ilə birgə səs verdi - VİDEO

209358

Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

Sonra birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs veriblər.

Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 579 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 8 namizəd mübarizə aparır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO