Prezidentdən Özbəkistanın sürətli inkişafı ilə bağlı AÇIQLAMA

Prezidentdən Özbəkistanın sürətli inkişafı ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Prezidentdən Özbəkistanın sürətli inkişafı ilə bağlı AÇIQLAMA

208000

Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında Özbəkistanın sürətli inkişafını qeyd edib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Prezidenti: “Bu gün biz rəsmən Özbəkistanın müttəfiqi olduq”


“Müxtəlif dövrlərdə, xüsusən son illər Özbəkistana dəfələrlə səfər etmişəm və Şavkat Miromonoviçin rəhbərliyi ilə özbək xalqının həyata keçirdiyi möhtəşəm dəyişiklikləri əyani şəkildə görmüşəm.

Şəhərlər gözəlləşir, sənaye fəal inkişaf edir. Daşkəndə ötən səfərimdə biz birlikdə böyük sənaye kompleksində olduq. Bütün bunlar müdrik siyasətin nəticəsidir.

Xarici investisiyaların cəlbi, əlverişli biznes mühitinin yaradılması, sosial-iqtisadi inkişafa dair aparılan gündəlik iş, çoxlu sayda sosial layihələr bugünkü Özbəkistanın simasıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO