Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla əlaqə saxlamaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə Vladimir Putin Bakıda Prezident İlham Əliyevlə məhdud tərkibdə görüşü zamanı deyib.
Rusiya lideri Bakı səfərinin nəticələri barədə Paşinyanla danışacağını bildirib:
"Rusiya sülhün imzalanması və Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olacaq.
Cənubi Qafqazdakı vəziyyətin həllində tərəflər üçün vacib olduğu dərəcədə iştirak etməyə hazırıq. Mən bilirəm ki, Azərbaycan Ermənistanla bütün məsələlərin tam həllinə çalışır".
Bizim.Media