Şahin Seyidzadə Şamaxıda seçicilərlə görüşdü – VİDEO

Şahin Seyidzadə Şamaxıda seçicilərlə görüşdü – VİDEO

Hazırda oxunan: Şahin Seyidzadə Şamaxıda seçicilərlə görüşdü – VİDEO

207093

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən namizəd Şahin Seyidzadə 16 avqust 2024-cü ildə Şamaxı rayonunda seçiciləri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşlər Şamaxı rayonunun Zarat Xeybəri, Səfalı, Dəmirçi, Avaxıl kəndlərində və Yusif Məmmədəliyev qəsəbəsində baş tutub.

Ş.Seyidzadə, sakinlərin dərdləri ilə maraqlanıb, göstərdikləri fəallığa görə bütün görüş iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, Şahin Seyidzadə VI çağırış Milli Məclisin deputatı olub. O, 2022-ci ilin 3 mart tarixindən bəri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO