Şahin Seyidzadə İsmayıllıda seçiciləri ilə görüşlərinə davam edir - FOTO

Şahin Seyidzadə İsmayıllıda seçiciləri ilə görüşlərinə davam edir - FOTO

Hazırda oxunan: Şahin Seyidzadə İsmayıllıda seçiciləri ilə görüşlərinə davam edir - FOTO

206855

Sentyabrın 1-də keçiriləcək növbədənkar parlament seçkilərində 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürmüş Şahin Seyidzadə seçiciləri ilə görüşlərinə davam edir.

Bizim.Media xəbər verir ki, bitərəf namizəd olan Şahin Seyidzadə avqustun 15-də İsmayıllının 3 yaşayış məntəqəsində seçiciləri ilə görüşüb.

Deputatlığa namizəd ilk olaraq Basqal qəsəbəsinə səfər edib. O, Basqal qəsəbəsində yerləşən şəhidlərimizin abidəsini və şəhid Novruzov Rəmzi Siyavuş oğlunun məzarını ziyarət edib, onların əziz xatirəsini yad edib.


Daha sonra seçiciləri ilə görüşən Şahin Seyidzadə sakinlərin aktiv fəallığına görə onlara minnətdarlığını bildirib.


İsmayıllı rayonunun Sulut kəndinə səfəri çərçivəsində isə Şahin Seyidzadə əvvəlcə Birinci Qarabağ Müharibəsi şəhidi Sadiq Süleymanovun xatirə bulağını ziyarət edib, sonra isə seçicilərlə görüşərək, onlara öz fəaliyyət planı ilə bağlı məlumat verib. Görüşdə Sulut kəndindən olan seçicilərlər yanaşı, Kələzeyvə, Qıçatan və Sərsurə kəndlərinin sakinləri də iştirak ediblər.


Deputatlığa namizədin bu gün seçicilərlə son görüşü isə Tağlabiyan kəndində baş tutub. Bu görüşdə Kəlfərəc və Mücü kəndlərindən olan sakinlər də iştirak ediblər. Şahin Seyidzadə göstərdikləri fəallığa görə bütün görüş iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, Şahin Seyidzadə VI çağırış Milli Məclisin deputatı olub. O, 2022-ci ilin 3 mart tarixindən bəri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO