Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Prezidentin mətbuat xidməti yayıb.
Sərəncama əsasən birinci yeri tutan hər bir idmançıya 400 000 (dörd yüz min) manat, onun məşqçisinə 200 000 (iki yüz min) manat, ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat veriləcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:08 / 13.08.2024
İlham Əliyev Olimpiya medalçılarını MÜKAFATLANDIRDI
Hazırda oxunan: İlham Əliyev Olimpiya medalçılarını MÜKAFATLANDIRDI
Hazırda oxunan: İlham Əliyev Olimpiya medalçılarını MÜKAFATLANDIRDI
206448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.