Azərbaycandan XOŞMƏRAMLI TƏKLİF – İrəvan COP29-da iştirak dəvətini qəbul edəcək?

Azərbaycandan XOŞMƏRAMLI TƏKLİF – İrəvan COP29-da iştirak dəvətini qəbul edəcək?

Hazırda oxunan: Azərbaycandan XOŞMƏRAMLI TƏKLİF – İrəvan COP29-da iştirak dəvətini qəbul edəcək?

203100

Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev Şuşada jurnalistlərə açıqlamasında deyib.

“Muxtar Babayev (COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib. Biz rəsmi dəvət göndərmişik. Bunu ilk dəfədir, xarici mediaya deyirəm”, - deyə H.Hacıyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ermənistanı COP29-a dəvət etdi


O qeyd edib ki, bu məktubun hər iki ölkə arasında rəsmi diplomatik münasibətlər olmadığı bir vaxtda göndərilməsi Azərbaycanın xoşməramlı iradəsinin və inklüziv yanaşmasının göstəricisidir.

Maraqlıdır, Ermənistan Azərbaycanın COP29 dəvətinə nə cavab verəcək? 

VI çağırış Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizim.Media-ya mövzunu şərh edib. 

O bildirib ki, rəsmi Bakının Ermənistanın Baş naziri Nikol Paşinyanı COP-29 tədbirinə dəvət etməsi ilk növbədə Azərbaycanın sülhpərvər mövqeyi kimi qiymətləndirilməlidir:

“Nəticə etibarilə heç bir dövlət dünənə qədər torpaqlarının 20 faizini işğal altında saxlayan və bu gün diplomatik əlaqələri olmayan bir ölkəni paytaxtında keçirilən tədbirə dəvət etməz. Ancaq Azərbaycan sülh naminə bunu da etdi. Məsələnin ikinci tərəfi odur ki, ölkəmiz Paşinyanın tədbirə qatılmasını sadəcə COP29 və onun aktual problemləri kontekstində deyil, həm də Ermənistan və Azərbaycan arasında sülhün mümkünlüyü ilə bağlı bir mesaj kimi görür. 

Əgər Baş nazir Paşinyan COP29-a qatılmaq barədə qərar qəbul edərsə, bu, həm də iki ölkə arasında sülhün əldə olunması üçün yaxşı bir jest olar. Ancaq nəzərə almaq laımdır ki, Ermənistan cəmiyyətində antiazərbaycan əhvl-ruhiyyəsi və azərbaycanlılara qarşı etnik nifrət olduqca yüksək səviyyədədir və bu faktor siyasi proseslərə ciddi təsir edir. 

Bu baxımdan Paşinyanın Azərbaycana səfər etməsi çətin görünür. 

Bundan əlavə, Paşinyanın Fransa başda olmaqla Avropadakı bəzi “sülhpərvər xeyirxahları” bu səfərin baş tutmasına isti baxmazlar. Lakin Paşinyan doğrudan da öz ölkəsinin mənafeyini hər şeydən üstün tutarsa, o zaman  çətin də olsa, Bakıya səfər ilə bağlı qərar qəbul edə bilər. Bu isə iki ölkə arasında sülhün daha da yaxınlaşmasına xidmət etmiş olar. Əks təqdirdə, Ermənistan bu fürsəti qaçırmaqla bir daha sülh istəmədiyini nümayiş etdirmiş olacaq”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO