Prezident: “Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var”

Prezident: “Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var”

Hazırda oxunan: Prezident: “Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var”

202888

“Biz Afrika İttifaqının üzv ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışmışıq və Efiopiyada biz öz səfirliyimizi təsis etmişik ki, həmin qitədə əməkdaşlıq üçün zəmin yarada bilək”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada II Qlobal Media Forumu keçirilir, İlham Əliyev Forumda çıxış edir - VİDEO


“Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var”, - deyən dövlətimizin başçısı əlavə edib ki, əlbəttə, Qoşulmama Hərəkatında sədrliyimiz bizə Afrika qitəsində olan ölkələrlə praktiki təmaslar qurmağa kömək edib. Bu gün artıq oradan rəsmilər Azərbaycana səfər edirlər. COP29-la bağlı dəvətlər göndərdiyini və bir çox Afrika ölkələrinin prezidentlərinin iştiraklarını təsdiqlədiklərini bildirən Prezident İlham Əliyev bunun təmasların qurulması üçün yaxşı fürsət olacağını deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO