İlham Əliyev qazaxıstanlı həmkarına sülh prosesinə verdiyi dəstəyə görə təşəkkür edib

İlham Əliyev qazaxıstanlı həmkarına sülh prosesinə verdiyi dəstəyə görə təşəkkür edib

Hazırda oxunan: İlham Əliyev qazaxıstanlı həmkarına sülh prosesinə verdiyi dəstəyə görə təşəkkür edib

200308

“Müzakirə etdiyimiz və razılaşdırdığımız bütün istiqamətlər üzrə müsbət dinamika əldə olunur. Nəqliyyat infrastrukturu ilə bağlı məsələlər fəal şəkildə həyata keçirilir. Biz mahiyyət etibarilə Trans-Xəzər nəqliyyat marşrutu üzrə vahid komanda şəklində fəaliyyət göstəririk”.

Bizim.Media bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü zamanı bildirib.

“Əlbəttə, bugünkü və sabahkı tədbirlər çərçivəsində bu mövzu daha geniş müzakirə ediləcək.

Həmçinin bu, bir neçə gün sonra keçiriləcək və Sizi yenidən Qarabağda görməyimizə şad olacağımız Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə əsas mövzu olacaq. Eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında prosesə verdiyiniz dəstəyə görə təşəkkürümü bildirmək istərdim”, - deyə dövlətimizin başçısı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO