Qazaxla sərhəddə yerləşən Ermənistanın Kirants (Günən) kəndinin ərazisindən 8 hektar əkin sahəsi kadastr şəhadətnaməsi ilə Azərbaycana verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Tavuş vilayətində yaşayan erməni jurnalist Voskan Sarkisyan yazıb.
"İyunun 30-da Azərbaycan Silahlı Qüvvələri Kirants kəndi yaxınlığına böyük bayraq sancıb. Bayraq qonşu Açarkut ərazisindən də görünür. Bu, Kirants və Açarkut sakinlərinə psixoloji cəhətdən pis təsir edir. Kirants kəndinin inzibati rəhbəri Kamo Şahinyan kənd qəbiristanlığının yaxınlığında Azərbaycanın böyük bayrağının quraşdırıldığını təsdiqləyib", - Sarkisyan bildirib.
Erməni jurnalistinin bu paylaşımını azərbaycanlı hərbi ekspert Ədalət Verdiyev də özünün Facebook səhifəsində yerləşdirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:07 / 02.07.2024
Qazaxla sərhəddə 8 hektar əkin sahəsi Azərbaycana verilib - Erməni jurnalist
Hazırda oxunan: Qazaxla sərhəddə 8 hektar əkin sahəsi Azərbaycana verilib - Erməni jurnalist
Hazırda oxunan: Qazaxla sərhəddə 8 hektar əkin sahəsi Azərbaycana verilib - Erməni jurnalist
200037
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.