Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO

Hazırda oxunan: Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO

199973

İyulun 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bolqarıstan Respublikasının energetika naziri Vladimir Malinov ilə görüşüb.

SOCAR-dan Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyindəki rolu qeyd olunub.

Bu xüsusda, ötən ay SOCAR-ın Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlamasından məmnunluq ifadə edilib, həmçinin SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının ölkələrimizin enerji sektorunda əlaqələrinin inkişafı baxımından əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı enerji sahəsində əməkdaşlığın cari vəziyyəti, ölkəmizdən Bolqarıstana qaz ixracı və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO