“Bu sahədə ABŞ və İsrail Azərbaycanla müqayisə oluna bilməz” – Rusiyalı hərbi ekspert

“Bu sahədə ABŞ və İsrail Azərbaycanla müqayisə oluna bilməz” – Rusiyalı hərbi ekspert

Hazırda oxunan: “Bu sahədə ABŞ və İsrail Azərbaycanla müqayisə oluna bilməz” – Rusiyalı hərbi ekspert

19760

“Hərbi nöqteyi-nəzərdən “Dəmir yumruq” əməliyyatı yüksək texnologiyalara əsaslanmış  21-ci əsrin hərbi əməliyyatıdır”.

Bizim.Media xəbər verir ki, bunu bunu bu gün Ağdamda səfərdə olan Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko  bildirib.

O deyib ki, Azərbaycan Ordusu çox yaxşı hazırlanmış düşmənə qarşı vuruşub:

“Bu düşmən demək olar ki, 30 il ərzində bir neçə müdafiə xətti yaradıb. İrəvanda bu müdafiə xəttini Azərbaycan Silahlı Qüvvələri üçün keçilməz hesab edirdilər. Ancaq biz yeni nümunə, 21-ci əsrin yeni texnoloji müharibəsini gördük. Azərbaycan Ordusu 21-ci əsrdə bu möhtəşəm qələbəni qazanmağa nail oldu. Bu gün “Dəmir yumruq” əməliyyatı dünyanın müxtəlif ölkələrinin hərbi akademiyalarında öyrənilir.

ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Ərəb dünyası bu hərbi əməliyyatı öyrənir. Azərbaycanın müasir silahlar tətbiq etdiyi “Dəmir yumruq” əməliyyatının analoqu yoxdur. Bu miqyasda real döyüşdə pilotsuz aparatların tətbiqi baxımdan nə ABŞ, nə də İsrail Azərbaycanla müqayisə oluna bilər. Sözsüz ki, bu qələbəyə, ilk növbədə, Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin sayəsində nail olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi keçən il dünyada əsas hadisə oldu.

Azərbaycanın qələbəsi 2020-ci idin əsas hərbi-siyasi hadisəsidir. Bunu heç kim, hətta erməni təbliğatçıları da mübahisələndirə bilməz. 44 gün davam edən müharibədə Ermənistan ordusunda 10 min fərari olub. Bunun özü də müasir hərbi tarixində görünməmiş haldır. Azərbaycan iradəsi, qətiyyəti, üstün iqtisadiyyatı, siyasəti nəticəsində qələbə qazandı. Sözsüz ki, bu, həm də liderlərin mübarizəsi idi. Yazıq, özünü itirmiş, isterikaya düşmüş, təslim olmuş Nikol Paşinyanın fonunda ləyaqətli Prezident İlham Əliyev, müasir dünya liderlərindən biri vardı. Azərbaycana bu gün dünyanın bir çox paytaxtında etimad göstərilən, hörmətlə yanaşılan, dostluq edilməli bir ölkə kimi yanaşılır. Çünki Azərbaycan vacib siyasi qərarları qəbul etməkdə tam suveren bir dövlətdir. Bu gün belə ölkə çox azdır. Azərbaycan məhz belə ölkələrdəndir”. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO