Hakan Fidan Azərbaycan xalqını təbrik ETDİ

Hakan Fidan Azərbaycan xalqını təbrik ETDİ

Hazırda oxunan: Hakan Fidan Azərbaycan xalqını təbrik ETDİ

197435

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan xalqını Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, Türkiyəli nazir bununla bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib:

“Can Azərbaycanın Milli Qurtuluş günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü mübarək olsun! Türkiyə və Azərbaycan dərin köklərə malik dostluq və sarsılmaz qardaşlıq bağları ilə bir-birinə bağlı olan iki dövlətdir. Şuşa Bəyannaməsi ilə möhkəmlənən bu birliyimiz bölgəmizdə sülh və sabitliyin təminatı olmağa davam edəcəkdir. “Bir Millət, İki Dövlət” şüarı ilə ünsiyyətimizin və qardaşlığımızın daimi olmasını diləyirəm” – paylaşımda belə deyilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO