Əli Əsədov rusiyalı həmkarını təbrik etdi

Əli Əsədov rusiyalı həmkarını təbrik etdi

Hazırda oxunan: Əli Əsədov rusiyalı həmkarını təbrik etdi

196911

Azərbaycanın Baş naziri Əli Əsədov həmkarı Mixail Mişustini Rusiyanın dövlət bayramı - Rusiya Günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, məktubda Əli Əsədov qeyd edib ki, iki xalqı birləşdirən çoxəsrlik dostluq telləri, mehriban qonşuluq və qarşılıqlı anlaşma Azərbaycan və Rusiya arasında qarşılıqlı əməkdaşlığın bünövrəsidir.

İki ölkə arasında geniş spektrdə, o cümlədən ticarİ-iqtisadi, investisiya, sənaye, nəqliyyat, mədəni-humanitar və bir çox digər sahələrdə konstruktiv ikitərəfli dialoqun və səmərəli əməkdaşlığın xüsusi məmnunluq doğurduğu vurğulanıb.

Ə.Əsədov Azərbaycan ilə Rusiya arasında çoxşaxəli əməkdaşlığın xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO