COP29-la bağlı ABŞ Dövlət Departamentindən AÇIQLAMA – EKSKLÜZİV 

COP29-la bağlı ABŞ Dövlət Departamentindən AÇIQLAMA – EKSKLÜZİV 

Hazırda oxunan: COP29-la bağlı ABŞ Dövlət Departamentindən AÇIQLAMA – EKSKLÜZİV 

196876

“Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edirik”. 

Bu fikirləri ABŞ Dövlət Departamenti Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

COP29 çərçivəsində parlamentlərarası dialoq mövzusunda onlayn iclas keçirilib


Dövlət Departamentinin cavabında COP29-la bağlı Azərbaycanla yaxından, birgə işləyəcəkləri qeyd olunub:

“Biz Azərbaycanı vacib iqlim məqsədlərinə nail olmaq, o cümlədən qlobal temperatur artımı ilə bağlı 1,5 dərəcə Selsi həddinə çatmaq üçün yol xəritəsini müəyyən edən “qlobal vəziyyətin qiymətləndirilməsi haqqında” COP28-in mühüm qərarını həyata keçirmək üçün öz sədrliyindən istifadə etməyə çağırırıq. 

Biz COP-un (Tərəflər Konfransı) uğurlu nəticələrinə nail olmaq üçün Şərqi Avropa ölkələri arasında konsensus namizədi olan Azərbaycanla, eləcə də digər tərəflərlə işləməyi səbirsizliklə gözləyirik”.

ABŞ Dövlət Departamentindən bildirilib ki, inkişaf etmiş ölkələrin az inkişaf etmiş ölkələrə iqlim yardımları hər il artırılır: 

“İƏİT-in (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) 2022-ci il hesabatına görə, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlimlə bağlı layihələrə dəstəyi 2021-ci ilə nisbətdə 89,6 milyard dollardan 115,9 milyard dollara çatıb. 

İqlim maliyyələşdirilməsinə nəzər salsaq, bu ən böyük artımdır. Bununla da, inkişaf etmiş ölkələr ilk dəfə olaraq inkişaf etməkdə olan ölkələr üçün ildə 100 milyard dollar səfərbər etmək məqsədinə nail olublar. Beləliklə, bu yüksək məbləğ inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan tərəfdaşlarını dəstəkləmək üçün ciddi addımlar atdıqlarını əyani şəkildə sərgiləyir”, - deyə ABŞ Dövlət Departamentindən bildirilib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO