Xəbər verdiyimiz kimi iyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qahirədə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü olub.
Bizim.Media xəbər verir ki, görüş zamanı xatirə hədiyyələri təqdim olunub.
İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibə Qarabağla bağlı albom hədiyyə edib.
Kitaba nəzər yetirərkən dövlətimizin başçısı Azərbaycan torpaqlarının işğal altında qaldığını xatırladıb:
“Görün nə günə qoyublar Qarabağı. 28 il ərzində bütün bu bölgə, 15 min kvadrat kilometr ərazi bu vəziyyətə salınıb”.
Bizim.Media