Milli Məclisdə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq təşkil olunub - FOTO/VİDEO

Milli Məclisdə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq təşkil olunub - FOTO/VİDEO

Hazırda oxunan: Milli Məclisdə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq təşkil olunub - FOTO/VİDEO

196079

İyunun 6-da Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin iştirakı ilə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin sədri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının 13-cü plenar iclasını uğurla başa vurduğunu deyib. O Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa TÜRKPA-ya sədrliyi dövründə səmərəli fəaliyyətə, Türk dünyasında parlamentlərarası əməkdaşlığın inkişafına verdiyi dəyərli töhfələrə görə təşəkkürünü bildirib.

Milli Məclisin TÜRKPA-ya sədrliyi təhvil aldığını deyən S. Qafarova qurumun parlamentlərimizin qarşılıqlı faydalı əməkdaşlığının səmərəli platformasına çevrildiyini bildirib, təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi, yeni məzmunla zənginləşdirilməsi üçün birgə səylərin bundan sonra da davam etdirilməsində hamının həmfikir olduğuna əminliyini ifadə edib.
Vurğulanıb ki, Parlament Assambleyasının Şura və plenar iclaslarında gündəlikdə duran bütün məsələlər nəzərdən keçirilib, TÜRKPA-nın ötən dövrdəki fəaliyyəti dəyərləndirilib, müasir dövrün aktual problemi olan iqlim dəyişmələrinə qarşı mübarizədə parlamentlərimizin ata biləcəyi addımlar müzakirə olunub, gələcəkdə atılacaq addımlarla bağlı bir sıra qərarlar qəbul edilib.

Cari ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un, bu çərçivədə Milli Məclisin və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Toplantısının həmrəyliyimizin və birgə səylərimizin təşviqi baxımından mühüm platformalar rolunu oynayacağı qeyd olunub.

TÜRKPA-nın fəaliyyətdə olan sədri vurğulayıb ki, iclasda qəbul edilmiş Bakı Bəyannaməsi ölkələrimizi maraqlandıran məsələlərə dair ortaq mövqeyimizin, qardaş ölkə parlamentlərimizin qarşılıqlı etimad və dəstəyinin təzahürüdür.

Brifinqdə çıxış edən Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrai və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva tədbirin təşkilinə və göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürlərini bildirib, Azərbaycan tərəfinə sədrlik dövründə uğurlar arzulayıblar.

TÜRKPA-nın 13-cü plenar iclasının yekunları barədə danışan çıxışçılar iclas çərçivəsində aparılmış fikir mübadiləsinin, qəbul edilmiş mühüm qərarların təşkilatın gələcək fəaliyyətinin daha da gücləndirilməsinə mühüm töhfə verəcəyinə inamlarını ifadə edib, üzv ölkələr arasında əməkdaşlığın və birgə fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO